Şriftin ölçüsü :

Saytın rəngi :

Litva Respublikasının Briştonas şəhərinin nümayəndələri Naftalan şəhərində olublar.

15 may 2019 | 16:00

15 may 2019-cu il tarixdə Litva Respublikasının Briştonas şəhərinin nümayəndə heyəti Naftalan şəhəri ilə tanışlıq, eləcə də şəhərin turizm imkanlarının qiymətləndirilməsi və təhlillərin aparılması məqsədilə Naftalana səfər ediblər.
   Səfərdə Litva Respublikasının Briştonas şəhərinin vitse meri Vyats Kederys, meriyanın icraçı direktoru Valentinas Vincas, meriyanın deputatı Kristina Justinaviçiene, Briştonas istilik sistemi kompanyasının direktoru Gintaras Verseckas iştirak ediblər.
   Görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Arzu Məmmədov qonaqlara son illər Naftalan şəhərində turizm sahəsində görülən işlər və  şəhərin turizm potensialı barədə ətraflı məlumat verib.
   Nümayəndə heyətinin rəhbəri, Briştonas şəhərinin vitse meri Vyats Kederys lk növbədə onların isti və yüksək səviyyədə qarşılanmalarına görə minnətdarlığını ifadə edib. Daha sonra Briştonas şəhəri haqqında məlumat verən vitse mer Naftalanla Briştonasın  oxşar şəhərlər olmasını nəzərə alaraq əməkdaşlıq əlaqələrinə dair istəklərini ifadə edib və bu əməkdaşlığın turizm sektorunun inkişafına töhfə verəcək təcrübə mübadiləsinin reallaşmasında mühüm rol oynayacağına əminliyini qeyd edib.
      Nümayəndə heyəti sonda Naftalanda fəaliyyət göstərən “Qarabağ SPA and Resort”, “Chinar Hotel & SPA Naftalan” və “Qaşaltı Health hotel” sağlamlıq və istirahət mərkəzlərində  yaradılmış şəraitlə, burada Naftalan nefti ilə aparılan müalicə prosedurları və digər xidmət sahələri ilə yerində tanış olublar.

Keçidlər