Naftalan şəhərinin ümumtəhsil məktəblərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
06-07 may 2019-cu il tarixlərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Naftalan şəhərinin ümüumtəhsil məktəblərində silsilə tədbirlər keçirilib.
Tədbirdlərdə çıxış edən natiqlər zəngin və mənalı həyat yaşamış Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin hər kəs üçün örnək olduğunu vurğulayıblar. Məhz onun qətiyyəti, əzmkarlığı sayəsində Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladığı və inkişaf etdirdiyi vurğulanıb. Ümummilli Liderin əsasını qoyduğu uğurlu sosial-iqtisadi xəttin hazırda cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi bir daha qeyd edilib.
Tədbirlərdə şagirdlər Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.Həmçinin tədbirlərdə şagirdlər tərəfindən hazırlanmış sərgilər nümayiş etdirilib.