Naftalanda “Əmək yarmarkası” təşkil olunub.
01 may 2019 | 16:00
01 may 2019-cu il tarixdə Naftalan şəhər Məşğulluq Mərkəzində şəhər İcra Hakimiyyətinin və şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə iş axtaran şəhər sakinlərinin müvafiq iş yeri tapmaq və ya ictimai ödənişli işlə təmin olunma imkanı əldə etmələri məqsədilə “Əmək yarmarkası” keçirilib.
Yarmarkada 8-i dövlət, 2-si isə qeyri-dövlət olmaqla şəhərdə fəaliyyət göstərən 10 idarə və təşkilatdan 125 boş iş yeri təqdim olunub. Yarmarkada 155 nəfər işaxtaran şəhər sakini iştirak edib. Onlardan 53 nəfərə daimi işlə təmin olunmaları üçün göndəriş verilib və 25 nəfəri işlə təmin olunub.