“Əmək yarmarkası” keçirildi.
24 avqust 2013 | 15:00
Naftalan şəhər ƏSMM-nin inzibati binasında şəhər Məşğulluq Mərkəzi tərəfindən iş axtaran şəhər sakinlərinin müvafiq iş yeri tapmaq və ya ictimai ödənişli işlə təmin olunması imkanı əldə etmək məqsədilə “Əmək yarmarkası” keçirildi.
Yarmarkada şəhər İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Xidmətinin məsul işçiləri və 235 nəfər iş axtaran şəhər sakini iştirak edirdi. İş axtaranlardan 58 nəfəri daimi işlə təmin olundu.