Naftalan şəhərində akademik Zərifə Əliyevanın 96 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
25 aprel 2019-cu il tarixdə Naftalan şəhər Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın 96 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naftalan şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Orxan Bağızadə çıxış edərək akademik Zərifə Əliyevanın zəngin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib,oftalmoloq alimin zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışıb.
Daha sonra çıxış edənlər akdemik Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıblar.