Şriftin ölçüsü :

Saytın rəngi :

“China Daily” qəzeti oxucularını Naftalan nefti haqqında məlumatlandırıb

15 aprel 2019 | 16:00

Təkcə Çində deyil, dünyada da xeyli nüfuza malik "China Daily" qəzeti oxucularını Naftalan nefti haqqında məlumatlandırıb.
    "Azərbaycanda neft xəstəliklərə dərman kimi təqdim edilir" adlı məqalədə dünyada nadir olan Naftalan neftinin müalicəvi əhəmiyyətindən bəhs olunur.
   Qeyd olunur ki, geniş neft ehtiyatları XIX əsrin ortalarında kəşf olunan Azərbaycan dünyada neft satışı ilə məşğul olan ilk ölkələrdən biridir. Hazırda da neft Azərbaycanın ixracında əsas yeri tutur. Amma Naftalanda tapılan neft ixrac üçün uyğun deyil. Bu neftdən əzələ, dəri, sümük, həmçinin ginekoloji və nevroloji xəstəliklərin müalicəsində də istifadə olunur.
   Məqalədə neft ilə müalicə olunmaq üçün Naftalana gələn əcnəbilərin və yerli sakinlərin fikirlərinə istinadla qeyd olunur ki, polartirit, artirit xəstəliklərindən əziyyət çəkən insanlar burada şəfa tapa bilirlər.

 

Keçidlər