Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində əhalinin tibbi müayinəsi yüksək səviyyədə davam etdirilir

03 aprel 2019 | 16:00

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Naftalan şəhərində əhalinin tibbi müayinədən keçirilməsi böyük ruh yüksəkliyi ilə davam edir. Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımi avadanlıqlarla tam təchiz olunmuş, vətəndaşların rahatlığı üçün bütün lazımi şərait yaradılmışdır. 
     Tibbi müayinə qrafikə uyğun olaraq təşkil edilir. Həmçinin xəstəxanaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərilir. Bu  məqsədilə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır
    Tibbi müayinənin davam etdiyi müddətdə rentgen, elektrokardioqrafiya, ultrasəs, stomatoloji və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərəcəkdir.
     Müayinələr əsasən həkim terapevt, stomotoloq, kardioloq, ginekoloq tərəfindən həyata keçirilir. Bundan başqa diabetik xəstələr üçün qan təhlili müayinələri də aparılır. Hal-hazıradək  4956 nəfər sakin tibbi müayinədən keçib.
     Əhalinin tibbi müayinəsi may ayının 01-nə qədər davam edəcəkdir.

 

Keçidlər