Naftalan şəhərinin ümumtəhsil məktəblərində “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş tədbirlər keçirilib.
29 mart 2019-cu il tarixdə Naftalan şəhərinin ümumtəhsil məktəblərində “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş tədbirlər keçirilib.Tədbirlərdə çıxış edənlər qeyd etdilər ki, Mart soyqırımı və 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdikləri qırğındı.1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir.
Sonda şagirdlər kompozisiya təqdim etmiş və mövzu üzrə şeirlər söyləmişlər.