Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cənub bölgəsinə yola düşüblər.

23 mart 2019 | 16:00

  23 mart 2019-cu il tarixdə  Naftalan şəhər İcra Hakimiyyətində  Ölkəmizi tanıyaq” devizi ilə keçirilən  tur-aksiyada iştirak edəcək məktəblilərin Lənkəran-Masallı-Astara istiqaməti üzrə yolasalma mərasimi keçirilib.
    Görüşdə çıxış edən Naftalan şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov şagirdlərə turun məqsədi barədə məlumat verib, ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Tədbirdə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynaması qeyd edildi.
    Ulu Öndər Heydər Əliyevin abidəsi qarşısına gül-çiçək dəstələri düzən şagirdlər xüsusi avtobusla Lənkəran şəhərinə yola düşüblər.İştirakçılar Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabriki, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarı ilə tanış olacaqlar.

Keçidlər