Qasımbəyli kəndinin sakinləri ilə səyyar görüş keçirildi.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyar görüşünü şəhərin Qasımbəyli kəndinin sakinləri ilə keçirdi.
Görüşdə şəhər rəhbəri ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavini, məsul işçilər, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri iştirak edirdi.
Səyyar qəbulda sakinlər çıxış edərək kənddə artezian quyusunun vurulmasına, fərdi yaşayış evinə yeni su xəttinin çəkilməsinə, həyətyanı torpaq sahəsini sel sularının basmasının qarşısının alınması üçün yaxınlıqdan keçən avtomobil yoluna dəmir borunun salınmasına, qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin sənədləşdirilməsinə, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına, istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsinə və başqa problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etdilər. Şəhər İcra Hakimiyyətinin başçısı hər kəsi diqqət, qayğı və hörmətlə dinlədi. Daha sonra qaldırılan məsələlərin həllinə yönəldilmiş tapşırıqlar verdi.
Eyni zamanda bəzi məsələlərin həlli məqsədilə kənd sakinlərinə tövsiyələr verildi.