Xocalı faciəsinin iyirmi yeddinci ildönümü münasibətilə Naftalan şəhərində ümumşəhər anım mərasimi keçirilib.
26 fevral 2019 | 16:00
26 fevral 2019-cu il tarixdə Xocalı faciəsinin iyirmi yeddinci ildönümü münasibətilə Naftalan şəhərində geniş anım tədbiri keçirilib
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-muhafizə orqanlarının əməkdaşları, səhiyyə və təhsil işçiləri, həmçinin şəhər ictimayətinin nümayəndəri iştirak ediblər.
Şəhər ictimaiyyəti Naftalan şəhərində Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül-çiçək dəstəsi qoyublar.
Sonda Xocalı faciəsi qurbanlarının və şəhidlik zirvəsinə yüksəlmiş insanların əziz xatirəsinə dualar oxunub.