Şriftin ölçüsü :

Saytın rəngi :

İsa Məmmədov adına yaşayış məhəlləsinin sakinləri ilə görüş keçirildi.

01 avqust 2013 | 15:00

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı  Natiq Aslanov növbəti səyyari görüşünü 31 iyul 2013-cü il tarixdə İsa Məmmədov adına yaşayış məhəlləsinin  sakinləri ilə keçirib.
    Səyyari qəbulda şəhər rəhbəri ilə yanaşı, şəhər icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri də iştirak edirdi.
    Məhəllə sakinləri problemləri barədə şəhər icra hakimiyyəti başçısına məlumat veriblər. Görüşə gələn vətəndaşlar yaşadığı fərdi yaşayış evinə verilən suyun təzyiqinin artırılmasına, fərdi yaşayış evinə aid  torpaq sahəsinin sənədinin verilməsinə, bir nəfər ozünə məxsus obyektin sənədləşdirilməsinə və digər məsələlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etdilər. Şəhər İcra Hakimiyyətinin başçısı görüşə gələn sakinlərin problemlərinin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə  müvafiq tapşırıqlar verdi.

Keçidlər