Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr-Zəfər Günü ilə bağlı Naftalanda silsilə tədbirlər davam etdirilir

07 noyabr 2022 | 11:54

Naftalan şəhərində fəaliyyət göstərən idarə və müəssisələrdə 8 noyabr-Zəfər  Günü ilə bağlı silsilə tədbirlər keçirilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzinin və  GİKM-nin Naftalan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 noyabr-Zəfər Günü ilə bağlı tədbir və  “Şanlı Azərbaycan tarixi” adlı açıq dərs keçirilib. Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 8 noyabr-Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verib.  Möhtəşəm qələbənin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan oğullarının igidliyindən söhbət açılıb. “Görünməyən Qəhrəmanlar” filmi nümaiş olundu.

Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 8 noyabr -Zəfər Gününə həsr olunmuş  “Qələbəyə doğru” şüarı altında atletika idman növünün kross qaçışı üzrə şəhər çempionatı keçirildi. Çempionatda 100 nəfərə yaxın idmançı iştirak edib. Şəhər çempionatında qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olundular.

Həmçinin Naftalan şəhər Gənclər və İdman idarəsinin, GİKM-nin Naftalan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 noyabr -Zəfər Gününə həsr olunmuş  “Bayraqdar” İntellektual Oyunu üzrə  şəhər çepionatı keçirilib. Çempionatda 5 komanda iştirak edib. Sonda təşkilatçılar tərəfinndən  komandalara  diplom və hədiyyələr  təqdim edilib.

Şəhərin “Qələbə Parkında” məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə vətənpərvərlik mövzusunu əks etdirən “Şanlı Zəfər”, ”Şuşa sən azadsan!”, “Xarıbülbül”, “8-noyabr Zəfər günü”  mövzularında rəsm işləri və şagirdlərin hazırladıqları əl işləri nümayiş olunub, məktəblərdə keçirilən tədbirlərdə Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət, zəfər, qəhrəmanlıq duyğularını əks etdirən şeir kompozisiyaları  dinlənilib. Eyni zamanda İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə  “Şanlı Zəfər” adlı fleşmob keçirilib.

Naftalan şəhər V. Namazov adına Körpələr evi- Uşaq bağçasında da 8 noyabr-Zəfər  Gününə həsr edilmiş tədbir keçirilib, körpə fidanların ifasında mahnılar səsləndirilib, rəqs nümunələri təqdim olunub.

8 noyabr - Zəfər Günü ilə bağlı “Tədbirlər Planı”na uyğun olaraq  “Yaddaş saatı” adlı aksiya keçirilmişdir. Aksiyada şəhidlərin xatirəsinin uca tutulması məqsədilə Xatirə kompleksinin, şəhid məzarlarının, bulaqların və şəhidlərin şəkil lövhələrinin ətrafları abadlaşdıraraq təmizlik işləri aparılıb.

 

Keçidlər