8 noyabr-Zəfər Günü ərəfəsində Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin Başçısı Vüqar Novruzov, Vətən Müharibəsi şəhidlərinin ailə üzüvəri, Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Möhübbət Bədəlov, ŞİH-nin məsul əməkdaşları iştirak edib.
Vətənimizin azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
8 noyabr-Zəfər Günü ərəfəsində Vətən Müharibəsi şəhidlərinin ailə üzüvəri ilə görüşən şəhər rəhbəri adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu qeyd edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Tarixi Qələbənin qazanılmasının, ərazi bütöblüyümüzün bərpa olunmasının qəhrəman oğullarımızın şücaəti sayəsində əldə edildiyini vurğulayaraq vətənpərvər, mərd övladlar böyütdüklərinə görə şəhid valideynlərinə təşəkkürünü bildirib. Dövlətimiz və xalqımız tərəfindən hər zaman şəhidlərin əziz xatirəsinin uca tutulduğunu diqqətə çatdırıb.
Çıxış edən şəhid ailələri dövlət səviyyəsində böyük diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayaraq ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevya təşəkkürlərini ifadə ediblər.
Sonda Naftalan igidlərinin-Vətən Müharibəsi şəhidlərinin yağlı boya ilə çəkilmiş portretləri İcra başçısı tərəfindən ailələrə hədiyyə edilib.