Şriftin ölçüsü :

Saytın rəngi :

8 - Noyabr Zəfər Günü böyük coşqu ilə qeyd edilib

08 noyabr 2023 | 16:20

Şəhərin Heydər Əliyev parkında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ağsaqqallar şurasının sədri, YAP Naftalan şəhər təşkilatının sədri, idarə, təşkilat müəssisə rəhbərləri, şəhid ailələri,  qazilər, Vətən müharibəsi iştirakçıları, yerli və xarici turistlər və şəhər ictimaiyyəti iştirak edib.

Özündə vətənpərvərlik mövzusunu əks etdirən rəsm və əl işlərindən ibarət “Tarixi Zəfərimiz” adlı sərgi nümayiş olunub.

Mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda ifaları ilə müşayiət olunan konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə çıxış edənlər bayram münasibətilə sakinlərimizi səmimi qəlbdən təbrik edərək qələbəyə Müzəffər Ali Baş Komandanımızın siyasəti və rəhbərliyi ilə Rəşadətli Ordumuzun və Xalqımızın birliyi nəticəsində nail olunduğunu vurğulayıblar.

Tədbir Naftalan ŞİH-nin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Keçidlər