Naftalan şəhər uşaq musiqi məktəbinin “Vətənpərvərlər” qrupu I yerə layiq görülüb.
02 fevral 2018-ci il tarixdə Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Gənclər Günü münasibətilə musiqi müsabiqəsi keçirilib. Müsabiqədə Gəncə və Naftalan şəhərlərinin, Göygöl, Daşkəsən, Goranboy, Bərdə, Gədəbəy, Tərtər, Xocavənd, Ağcabədi, Tovuz, Beyləqan, Şəmkir, Ağstafa, Qazax rayonlarının nümayəndələri iştirak edib. Müsabiqəyə 264 istedadlı gənc və hərbi qulluqçu qatılıb.
Müsabiqədə şəhərimizi təmsil etmiş Naftalan şəhər uşaq musiqi məktəbinin “Vətənpərvərlər” qrupu “Bədii qiraət” nominasiyası üzrə 177617 (38,36 %) səslə I yerə layiq görülmüşdür. “Vətənpərvərlər” qrupu Naftalan şəhər sakini şəhid kapitan Vaqif Bayramovun xatirəsinə həsr edilmiş “İntiqam gününə az qalıb daha” kompozisiya ilə çıxış ediblər.
21 fevral 2019-cu il tarixdə Naftalan şəhər uşaq musiqi məktəbində Naftalan Şəhər İcra Hakimiyyətinin, Gəncə Qarnizonu Zabitlər Evinin nümayəndələrinin və şəhid kapitan Vaqif Bayramovun ailə üzvlərinin iştirakı ilə tədbir keçirilib.Tədbirdə çıxış edənlər qazandıqları uğur münasibətilə Naftalan şəhər uşaq musiqi məktəbinin “Vətənpərvərlər” qrupunu təbrik etdilər və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Sonda qalib olmuş “Vətənpərvərlər” qrupuna Naftalan şəhər İcra Hakimiyyəti başçısının adından, Gəncə Qarnizonu Zabitlər Evinin rəhbərliynin adından adından diplomlar və hədiyyələr təqdim olundu.