Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi

12 fevral 2019 | 16:00

12 fevral 2019-cu il tarixdə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.
İclasda şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov və şəhər ictimaiyyətinin nüamayəndələri iştirak edirdi.
  Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi qoymuşlar.Hesabat yığıncağını giriş sözü ilə açan Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov qeyd etdi ki, Respublikanın hər bir bölgəsini bürüyən genişmiqyaslı abadlıq və quruculuq işləri, həyata keçirilən əsaslı tədbirlər Naftalan kurort şəhərindən də yan keçməmişdir. Ölkəmizin hər yerində olduğu kimi şəhərimizdə də  çox böyük inkişaf müşahidə olunur.
     2018-ci ildə ümumi məhsul buraxılışı ötən hesabat ili ilə müqayisədə 20,6 faiz artaraq 26 mln 695,6  min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 2 mln 130,7 min manat təşkil etmişdir. Əhaliyə göstərilən  nəqliyyat və anbar təsərrüfatı xidməti 2,3 faiz artaraq 315,2 min manat, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  ödənişli xidmətlərin həcmi 64,7 faiz artaraq 30 mln 144,7 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 23 mln 880,2  min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 24 faiz artaraq 353,3 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti  ötən ilə nisbətdə 5,7 faiz artaraq 228 min  manat  təşkil  etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 2 mln 171,1 min manat, tikinti işləri isə 43,1 faiz artaraq  14  mln 208,9 min manat təşkil etmişdir.
     Şəhərin yerli büdcəsi yerli mənbələrdən daxil olan gəlirlər hesabına 2 mln 524 min manat planlaşdırıldığı halda 2 mln 738,8  min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan 8,5 faiz və ya 214,8 min manat artıq vəsait daxil olmuşdur. Xərcləri isə  2 mln 294,5 min manat olmuşdur.
         Rövşən İbrahimov çıxışına yekun vuraraq qeyd etdi ki, Naftalanın inkişafında əldə olunan nailiyyətlərin hər biri Cənab Prezidentin adı ilə bağlıdır. Bu kurort şəhərinin əhalisi həmişə olduğu kimi ölkə başçısının böyük diqqət və qayğısına bundan sonra da əməli işləri ilə cavab verəcək, müstəqil dövlətimizin gələcəyi üçün aparılan siyasətin həyata keçirilməsində həmişə öndə gedəcəklər.
Naftalan kurort şəhərinin inkişafına böyük önəm verdiyinə görə Prezident cənab İlham Əliyevə şəhər ictimaiyyətinin hədsiz minnətdarlığını çatdırdı.
     Şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında Naftalan şəhər Maliyyə şöbəsinin rəisi Saleh Tağıyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsinin müdiri Eyvaz Nəcəfov, ”Azbiznesservis” MMC-nin Garabag Resort &Spa otelinin menecer müavini Orxan Əhədov  çıxış etdilər.
        Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov hesabat yığıncağında çıxış edərək 2018-ci il ərzində Naftalanda həm turizmin, həm də ümumilkdə şəhərdə görülmüş işləri, həyata keçirilən layihələri təqdirəlayiq hesab edib.
        Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olundu.

Keçidlər