Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Naftalan şəhərində vətəndaşları qəbul edəcək
15 fevral 2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə saat 11:00-da Naftalan şəhər Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Naftalan, Mingəçevir şəhər, Yevlax, Ağdaş, Goranboy rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Gəncə Regional Bölməsinə (Gəncə şəhəri, H.Əliyev meydanı) müraciət etmələri (əlaqə tel.: (022-256-50-67) xahiş olunur.
Bundan əlavə, qəbula yazılmaq istəyənlər 07–14 fevral 2019-cu il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Naftalan, Mingəçevir,Yevlax, Ağdaş və Goranboy rayon Təhsil şöbələrinə də müraciət edib qeydiyyatdan keçə bilərlər.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.