Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Şura iclası keçirildi.

27 iyul 2013 | 15:00

2013-cü ilin birinci yarısında Naftalan şəhərinin sosial-iqtisadi inkişafının yekunu və qarşıda duran vəzifələr haqqında şəhər ictimaiyyəti nümayəndələri qarşısında hesabat verən şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bildirmişdir  ki, ötən dövr ərzində  şəhərdə  nəzərəçarpacaq müsbət dəyişikliklər baş vermişdir. Əldə olunan sosial-iqtisadi inkişaf göstəriciləri  bir daha bunu təsdiq edir. 2013-cü ilin birinci yarısında keçən  ilin müvafiq dövrü ilə müqayisədə şəhərdə ümumi daxili məhsulun həcmi 1.9 dəfə artaraq 10192.4  min manat, sənaye məhsulunun həcmi 9 faiz artaraq 751.6  min manat olmuşdur. Şəhərin nəqliyyat sahəsində görülən işlərin həcmi 128.7 min manat, rabitə sahəsində göstərilən xidmətlər  79.6 min manat təşkil etmişdir. Əhaliyə 3948.7 min manatlıq pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 6197.3 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 237.3 manat olmuşdur.    
       Ümumiyyətlə, regionların inkişafı ilə bağlı qəbul edilmiş ikinci Dövlət Proqramına uyğun olaraq keçən dövrdə şəhər ərazisində geniş abadlıq, quruculuq  və tikinti təmir işləri aparılmış və bu işlər bu gün də davam etdirilir. Hazırda şəhərdə  280 yerlik körpələr evi-uşaq baxçasında, Heydər Əliyev Mərkəzində, Qarabağ sanatoriyasında  son tamamlama işləri aparılır. Bundan başqa bu dövrdə Naftalan Bələdiyyəsi üçün yeni inzibati binanın  inşasına başlanılmışdır. Son illərdə şəhərimizdə abadlıq və quruculuq işləri davam etdirilir. Bu günə kimi şəhərin çoxmərtəbəli yaşayış binalarından 12-nin fasad hissəsi əsaslı təmir olunmuşdur. 1 nömrəli çoxmərtəbəli yaşayış binasının fasadında,  Qələbə parkında  da əsaslı təmir işlərinə başlanılmışdır.
     Şəhər İcra Hakimiyyətinin başçısının şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2013-cü ilin birinci yarısında  görülmüş işlər və qarşıda duran vəzifələrə  dair hesabat məruzəsi ətrafında şəhər Maliyyə şöbəsinin rəisi S. Tağıyev,  şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru S. Həsənov çıxış etdilər.
    Şəhər İcra Hakimiyyətinin başçısı Natiq  Aslanov müzakirə edilən məsələ ilə əlaqədar çıxışları yekunlaşdıraraq bildirdi ki,   2013-cü ilin  birinci yarısı Naftalan   şəhəri üçün  uğurlu olmuşdur.  Bundan sonra  da şəhərin  sosial- iqtisadi  inkişafı  sahəsində görülən işlər  kurort şəhəri olan  Naftalanın dünyada  daha da tanınmasını və kurort şəhərləri arasında  birincilər sırasında olmasını  təmin edəcək, eləcə də şəhərin inkişafı üçün  əlimizdən gələni əsirgəməyəcəyik.

Keçidlər