Naftalanda Ümummilli Liderin anım günü qeyd edildi.
12 dekabr 2018-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Naftalan şəhərində ümumşəhər tədbiri keçirilib. Şəhər sakinləri və ictimaiyyət nümayəndələri öncə dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev tədbiri giriş sözü ilə açaraq Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb və onun Azərbaycan xalqının səadəti yolunda etdiyi fədəkarlıqlar bir daha xatırlanıb.
Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov çıxış edərək Ulu Öndərin dövlət müstəqilliyimizin qorunması və müstəqil Azərbaycanın güclənməsi üçün fədakar fəaliyyətindən danışdı. Ölkəmizin bugünkü inkişafının məhz Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsi olduğunu vurğulayan şəhər rəhbəri . Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyini bildirib.
Tədbirdə Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Sədrədddin Muradov Ulu Öndərə həsr edilmiş “Dahi Şəxsiyyət“ mövzusunda iştirakçılara geniş məlumat verdi.
Tədbir Heydər Əliyevin həyat və fəaliyyəti haqqında filmin nümayişi ilə davam etdirilib və məktəblilərin ifasında “Sənin yerin görünəcək” adlı kompozisiya ilə sona çatmışdır.