Naftalanda “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ekskursiyaya yollanan məktəblilərlə görüş keçirilib.
Naftalan şəhər İcra Hakimiyyətinin akt zalında şəhər rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə tur-aksiya iştirakçılarının, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlərin Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yolasalma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğuladı.
“Ölkəmizi tanıyaq” tur aksiyası üçün şəhərin ümumtəhsil məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 19 nəfər şagird seçilmişdir. Şəhər cra Hakimiyyəti tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri müşayət edəcək müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər üçün xususi geyimlər, mübadilə məqsədilə xatirə hədiyyələri və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qrup nəqliyyat vasitəsi ilə təmin olunmuşdur. Görüşdə çıxış edən valideyinlər və müəllimlər məktəblilərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər
Ulu Öndər Heydər Əliyevin abidəsi qarşısına tər gül-çiçək dəstələri düzən 19 nəfər şagirddən ibarət qrup xüsusi avtobusla Quba rayonuna yola düşüblər.
İştirakçılar tur-aksiya çərçivəsində Quba rayonunda Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi, Xalçaçılıq emalatxanası, Tağlı Körpü, qolf meydançası ilə tanış olacaq, Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” Qış-Yay Turizm Kompleksinə, Xaçmaz rayonunda isə Xalça muzeyinə, Şəxsiyyətlər muzeyinə və Çənlibel parkına ekskursiya edəcəklər.