Şriftin ölçüsü :

Saytın rəngi :

10, 12, 13, 16, 17 və 20 nömrəli çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə səyyari görüş keçirildi.

25 iyul 2013 | 15:00

Naftalan şəhər  İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun şəhər sakinləri ilə görüşlər keçirməsi mütəmadi xarakter almışdır. Naftalan şəhər İcra Hakimiyyətinin başçısı  növbəti səyyari görüşünü 10, 12, 13, 16, 17 və 20 nömrəli çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə keçirib. Həmişə olduğu kimi bu görüşdə də  şəhər rəhbəri ilə yanaşı, şəhər icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri də iştirak edirdi.
Qəbula gələn vətəndaşlar yaşadıqları  binanın liftinin təmir olunmasına, həmçinin yaşadıqları  binanın dəhliz pəncərələrinin dəyişdirilməsinə və binanın ətrafının təmizlənməsinə, binanın həyətinin işıqlandırılmasına köməklik göstərilməsini xahiş etdilər.
       Görüş zamanı şəhər  sakinləri tərəfindən qaldırılan problemlərin bəziləri elə yerindəcə həll olunmuş, qeyd olunan bütün məsələlər nəzarətli qaydada, qısa müddət ərzində həll olunması üçün aidiyyatı üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Keçidlər