Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda qanvermə aksiyası keçirilib.

17 iyul 2013 | 15:00

16 iyul 2013-cü il tarixdə  Naftalan şəhər Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Aksiyaya şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də şəhər sakinləri həvəslə qoşulublar.
     Qanvermə aksiyasına səhər saatlarından start verilib. Qanvermə zamanı ilk növbədə donorların sağlamlıq durumu yoxlanılıb. Aksiyada 350 nəfər iştirak etmişdir ki, onların da 150 nəfərindən qan analizi götürülmüşdür

Keçidlər