Naftalanda “2 iyul Polis işçilərinin peşə bayramı günü” qeyd edilib.
Naftalan şəhərində “2 iyul Polis işçilərinin peşə bayramı” günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə ulu öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib önünə gül-çiçək dəstələri düzərək ona hörmət və ehtiramlarını ifadə ediblər.
Daha sonra daxili işlər naziri Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxumuşdur.
Naftalan Şəhər İcra Hakimiyyətini başçısı Rövşən İbrahimov çıxış edərək şəxsi heyəti bayram münasibətilə təbrik idib,Azərbaycan polisinin yarandığı gündən dövlətçiliyimizin və qanunçuluğumuzun keşiyində sayıq dayandığını, vətəndaşların hüquqlarının qorunmasında ictimai asayişin möhkəmləndrilməsində əvəzsiz xidmətləri olduğunu vurğulayıb.Qeyd edib ki,hazırda ölkəmizi böyük uğurlara və davamlı tərəqiyyə aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi bu gün insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.
Sonda xidmətində fərqlənən bir qrup polis əməkdaşına Daxili İşlər Nazirliyinin və şəhər Polis şöbəsinin rəhbərliyi tərəfindən təltif edilmişdir.