Naftalanda növbəti səyyar görüş keçirilib
12 iyun 2018-ci il tarixdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov növbəti səyyar görüşünü şəhərin Qaşaltı Qaraqoyunlu kəndinin sakinləri ilə keçirib. Səyyari görüşdə şəhər rəhbəri ilə yanaşı, şəhər icra hakimiyyətinin məsul işçiləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ,dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı sakinlərin problemlərini dinlədi
Qəbula gələn vətəndaşlar kəndarası yollarda təmir-bərpa işlərinin aparılmasına, yaşadığı evə telefon xəttinin çəkilişinə, kəndin yüksəkliyində su anbarının tikilməsinə və anbardan evlərə su xəttinin çəkilib sayğac quraşdırılmasına köməklik göstərilməsini xahiş etdilər.
Qəbulda qeyd olunan məsələlərin həll olunması məqsədilə aidiyyatı üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.