Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

08 iyun 2018 | 16:00

 08 iyun 2018-ci il tarixdə Naftalan şəhərində “İnsan hüquqları aylığı” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə  tədbir  keçirilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin ,şəhərin idarə,təşkilat və müəssisələrinin nümayəndələri iştirak ediblər.Tədbiri Naftalan Şəhər İcra Hakimiyyətində  ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı,baş məsləhətçi  Afət Mustafayeva giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyun ayının 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu bildirib.Dövlətimizin insan hüquq və azadlıqları istiqamətində gördüyü tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsindən bəhs edib.Sonra Naftalan Şəhər İcra Hakimiyyətində  hüquqşünas,baş məsləhətçi  Şahmar Ədilov Azərbaycanda insan hüquqları gününün təsis olunması, insan hüquqları anlayışı və mahiyyəti, müasir dünyada insan hüquqlarına verilən önəm barədə geniş çıxış edib.
         Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb

 

Keçidlər