Naftalan şəhər uşaq musiqi məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
24 may 2018-ci il tarixdə Naftalan şəhər uşaq musiqi məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Dur ayağa məmləkətim, qalx ayağa millətim !” adlı tədbir keçirilib.
Məktəbin direktoru Almaz Əliyeva tədbiri açıq elan edərək tədbir iştirakçılarını “28 may Respublika günü” münasibətilə təbrik etdi.Sonra məktəbin müəllimi Taliyə Şahmuradova tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə məlumat verdi.Tədbirdə məktəbin şagirdlərindən ibarət konsert proqramı dinlənilib. Şagirdlərin ifasında Azərbaycan xalq mahnı və rəqsləri,dünya bəstəkarlarının əsərləri, vokal qrupların çıxışları, müxtəlif alətlərdə solo ifalar dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.