Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Naftalan şəhər ümumi təhsil müəssisələrinin iştirakı ilə elmi-praktik konfrans keçirilib
25 may 2018 | 16:00
25 may 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə şəhərin ümumi təhsil müəssisələrinin iştirakı ilə elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə şəhər Təhsil şöbəsinin müdir əvəzi Rəna Dəmirova açıb. O, Cümhuriyyətin tarixi əhəmiyyəti barədə məlumat verdi.Konfransda Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin direktoru Ulduz Mayılova, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Sədrəddin Muradov və İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Kübra Məmmədova geniş çıxış ediblər.