Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cumhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” mövzusunda açıq dərs keçirilib

24 may 2018 | 16:00

     24 may 2018-ci il tarixdə Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubleyinin qeyd edilməsi məqsədilə “Ümummilli Lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cumhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” mövzusunda açıq dərs keçirilib. Naftalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən açıq dərsdə şagirdlər ilk öncə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən foto stentlərlə tanış olublar. Heydər Əliyev Mərkəzinin  direktoru Elman Alıyev  tərəfindən şagirdlərə  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür yolu, siyasi fəaliyyətini özündə əks etdirən eksponatlar, kitablar və fotolar haqqında ətraflı məlumat verildi.
       Daha sonra açıq dərsdə İmadəddin Nəsimi adına 1 №li tam orta məktəbin tarix müəllimi Ələkbərova Əfruz Məmməd qızı çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi, bununla bağlı arxiv sənədlərində və materiallarında əks olunan məlumatların xalqımıza çatdırılması istiqamətində Ulu Öndərimiz Heydər Əliyevin göstərdiyi xidmətlərdən söz açıb. Əfruz Ələkbərova milli tarixi yaddaşımızın bərpa edilməsi istiqamətində Ümummilli Liderin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında” 1998-ci il yanvarın 30-da və “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” 2003-cü il fevralın 1-də imzaladığı sərəncamlarını xatırladıb, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı Sərəncamın əhəmiyyətini qeyd edib. Mövzu ətrafında verilən məluatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

 

Keçidlər