8, 9, 14, 15 və 19 nömrəli çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə səyyar qəbul-görüş keçirildi
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyar qəbul-görüşünü 8, 9, 14, 15 və 19 nömrəli çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə keçirdi. Görüşdə İcra Hakimiyyətinin məsul işçiləri , hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdi.
Həmişə olduğu kimi bu görüşdə də şəhər İcra Hakimiyyətinin başçısı sakinlərin problemlərini diqqətlə dinlədi.
Səyyari görüşdə vətəndaşlar yaşadığı binanın zirzəmisinə çirkab sularının axıdılmasının qarşısının alınmasına, yaşadığı binanın qarşısının işıqlandırılmasına , I qrup əlillik dərəcəsinin alınması kimi məsələlərə köməklik göstərilməsini xahiş etmişlər.
Şəhər İcra Hakimiyyətinin başçısı bütun bu problemlərin həlli üçün müvafiq qurumlara öz tapşırığını verdi.
Daha sonra Şəhər İcra Hakimiyyətinin başçısı Qələbə parkında aparılan yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.