Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər V.Namazov adına Körpələr evi-Uşaq bağçasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

24 may 2018 | 16:00

24 may 2018-ci il tarixdə Naftalan şəhər V.Namazov adına Körpələr evi-Uşaq bağçasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
     Azərbaycanın Dövlət Himni səsləndikdən sonra  Körpələr evi-Uşaq bağçasının müdiri Kəmalə Hüseynova AXC-nin yaranmasının 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının əhəmiyyətindən, Şərqin ilk demokratik respublikasının ictimai-siyasi və diplomatik fəaliyyətindən, 23 ay ərzində ölkədə aparılan islahatlardan danışıb, demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara malik olması sahəsində əldə edilən uğurlar barədə məlumat verib.
   Tədbirdə  uşaqların  ifasında şerlər,mahnılar və rəqslər nümayiş etdirilib. Sonda tədbir iştirakçıları tərəfindən videoçarxa baxılıb.

Keçidlər