Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanlı gənc Milli intellektual oyunda birinci yerə çıxmışdır.

22 may 2018 | 16:00

21 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Naqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Təhsil Nazirlikləri ilə birgə Azərbaycan Dövlət Televiziyasının bazasında “Mən Azərbaycanlıyam” adlı intellektual telelayihə keçirilmişdir. “Azərbaycanımızı tanıyaq və tanıdaq” şüarı altında keçirilən telelayihədə Naftalan şəhər gəncləri də iştirak etmişlər. Milli intellektual oyuna qatılan gənclərimizdən Səmədov Səməd Əfət oğlu birinci yeri qazanaraq yarışın qalibi olmuşdur. Təmsilçimizi bu qələbə münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

Keçidlər