Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş şahmat yarışı keçirilib.
22 may 2018-ci il tarixdə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə II - VII sinif şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş şahmat yarışı keçirilib.
Tədbirdə iştirak edən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov yarış iştirakçılarını təbrik edərək, uğurlar arzuladı. Məktəbin direktoru F.Rüstəmov 28 May 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə olduğunu qeyd edərək bildirdi ki, xalqımız 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdiklərindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni, müstəqil Azərbaycan Dövlətini yaratmışdır.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun iştirakı ilə simvolik olaraq ilk gediş edilərək şahmat turnirinə start verildi. Sonda yarışın qalibləri diplomlarla mükafatlandırıldı.
Eyni zamanda məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirildi.