Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnir başa çatdı.
Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının və şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatlar arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil olunmuş mini-futbol turnirinin 10 may 2018-ci il tarixdə final görüşü keçirilib.
Ulu öndərin anadan olmasının 95-ci ildönümünün qeyd edilməsi, gənclərdə yoldaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə keçirilən yarışda I yeri "Qarabag Resort and Spa" komandası, II yeri Yeni Azərbaycan Partiyası Naftalan şəhər Təşkilatının komandası komandası, III yeri Naftalan şəhər Polis Şöbəsinin komandası tutmuşdur.Finalda yer tutmuş komandalara fəxri fərman və kubok verilib.