Naftalan şəhərində “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” anılıb
31 mart 2018 | 16:00
31 mart 2018-ci il tarixdə Naftalan şəhərində “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirilib.Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, şəhər İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, hüquq mühafizə orqanlarının əməkdaşları və şəhər ictimaiyyəti iştirak edib. İlk olaraq Naftalan şəhər “Xatirə kompleksi” ziyarət edilərək şəhidlərin xatirəsi yad edilib, əklil və qərənfillər qoyulub.
Sonda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhlarına dualar oxunub.