Naftalan məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
26 mart 2018 | 16:00
26 mart 2018-ci il tarixdə şəhərimizin ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində start götürən növbəti maarifləndirici tur-aksiyaya qoşulublar. Şagirdlər Lənkəran, Masallı və Astara marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edəcək.
İştirakçılar Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabriki, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarına ekskursiya edəcəklər.