Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində sağlamlıq imkanları məhdud insanların tibbi müayinəsi diqqət mərkəzində saxlanılır

14 mart 2018 | 16:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Naftalan şəhərində əhalinin tibbi müayinədən keçirilməsi böyük ruh yüksəkliyi ilə davam edir. Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımı avadanlıqlarla təchiz olunmuş, vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılmışdır.
      Həmçinin xəstəxanaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərilir. Bu  məqsədilə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
      Fevralın 12-dən hal-hazıradək   3000 nəfərdən çox sakin müayinə olunmuşdur. Bu aksiya bir daha göstərir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin və sağlamlığının qorunması dayanır.

Keçidlər