Azərbaycan xalqının milli qurtuluş günü qeyd edildi
15 iyun-Azərbaycan xalqının milli qurtuluş günü ilə əlaqədar 14 iyun 2013-cü il tarixdə Naftalan şəhərində ümumşəhər tədbiri keçirildi. Tədbirdə şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Tədbir iştirakşıları ilk öncə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla bir daha yad etmişlər.
Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbiri giriş sozü ilə Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov açaraq qeyd etdi ki,bu gün xalqımızın fəlakətdən qurtarıldığı və qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gündür. Bu müqəddəs günü tarixə yazan isə ümumilli liderimiz xalqın xilaskarı Heydər Əliyevdir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev çıxış edərək bildirdi ki, 15 iyun 1993-cü il tarixi Azərbaycanın müstəqil dövlət kimi yüksəlişinin başlanğıc günü olaraq, tariximizə qızıl hərflərlə əbədi həkk olunmuşdur. Bu gün ümummilli liderin bizlərə ərmağan etdiyi müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, ölkəmiz gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.