Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Naftalan şəhərində vətəndaşları qəbul edəcək

14 mart 2018 | 16:00

 Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin mart ayının 15-də saat 11ºº-da Naftalan şəhəri Heydər Əliyev Mərkəzində ( Şıxəli Qurbanov küçəsi, 1) Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
       Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

 

Keçidlər