Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə Naftalan şəhərində tədbir keçirilib.

07 mart 2018 | 16:00

07 mart 2018-ci il tarixdə Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Naftalan Şəhər  İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, şəhər İcra hakimiyyətinin digər rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhərin müxtəlif sahələrində çalışan qadınlar iştirak ediblər.
    Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qadınları “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təbrik edərək qeyd etdi ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərmiş, cəmiyyət həyatına mütəmadi nüfuz etmiş, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlamışlar. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilmişdir. Bunun nəticəsində də qadınlar dövlət quruculuğu işlərinə cəlb olunmuşlar. Ümummilli Liderin bu siyasəti cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
      Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov şəhər İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi  Nəbizadə Sevinc Fikrət qızını Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə  təbrik etdi və işlərində uğurlar arzuladı.

Keçidlər