Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Gəncə şəhəri Kəlbəcər qəsəbəsində vətəndaşların qəbulunu keçirəcək
28 fevral 2018 | 16:00
02 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Kəlbəcər rayonunda (Gəncə) saat 10:00-da Gəncə şəhəri Kəlbəcər qəsəbəsindəki Mədəniyyət evində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Göygöl, Naftalan, Mingəçevir, Yevlax, Goranboy, Xocalı, Gəncə, Samux rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.