“Xocalı Faciəsi”nin iyirmi altıncı ildönümü ilə əlaqədar şəhər Uşaq Musiqi Məktəbində anım tədbiri keçirilib
23 fevral 2018 | 16:00
23 fevral 2018-ci il tarixdə Naftalan şəhər Uşaq Musiqi Məktəbində “Xocalı Faciəsi”nin iyirmi altıncı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.Uşaq Musiqi Məktəbinin direktoru Almaz Əliyeva çıxış edərək qeyd etdi ki, Xocalı soyqırımı çağdaş tariximizin ən dəhşətli və faciəli səhifələrdən biridir. Son iki əsrdə erməni millətçiləri xalqımıza qarşı dəfələrlə soyqırımı, terror, deportasiya, etnik təmizləmə kimi ağır cinayətlər törədiblər. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.Sonda məktəbin şagirdləri “Göynəyir sinəm Xocalı” adlı əbədi-bədii kompozisiya ilə çıxış etdilər.