Şriftin ölçüsü :

Saytın rəngi :

6, 7, 11 və 18 nömrəli çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə görüş keçirildi.

06 iyun 2013 | 15:00

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyari görüşünü 6, 7, 11 və 18 nömrəli çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə keçirib.
    Təşkil olunan səyyari qəbulda şəhər rəhbəri ilə yanaşı, şəhər icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak edib.
     Həmişə olduğu kimi bu görüşdə də şəhər İcra Hakimiyyətinin başçısı sakinlərin problemlərini dinlədi.
    Səyyari görüşdə vətəndaşlar tərəfindən yaşadıqları binanın ətrafının tikinti tullantılarından təmizlənməsi, gələcəkdə fəaliyyətə başlayacaq Uşaq bağçası-körpələr evində münasib işlə təmin olunması,  fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması məsələlərinə  köməklik göstərilməsini xahiş etmişlər.
     Şəhər İcra Hakimiyyətinin başçısı görüşə gələn sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə  tapşırıq verdi.
     Daha sonra Şəhər İcra Hakimiyyətinin başçısı şəhərdə 01 nömrəli çoxmərtəbəli yaşayış binasında  aparılan əsaslı təmir işləri ilə tanış olub.

Keçidlər