Naftalan şəhərində 20 Yanvar faciəsi ilə bağlı silsilə anım tədbirləri keçirilir
20 Yanvar faciəsinin iyirmi 28-ci ildönümü münasibətilə Naftalan şəhərində silsilə anım tədbirləri keçirilir.18 yanvar 2018-ci il tarixdə Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə müəllimlərin və şagirdlərin iştirakı ilə 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə S.Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova açaraq bildirib ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə ağrı və acı ilə xatırlanan gün deyil. 20 Yanvar günü xalqımızın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzi,xalqımızın fəxarət və şərəf günü, tariximizin şanlı səhifəsidir.
20 Yanvar faciəsi ilə bağlı məktəbdə “Qan yaddaşı” mövzusunda rəsm müsabiqəsi keçirilib,məktəbin foyesində faciəni əks etdirən foto-stend nümayiş etdirilib və şagirdlərin 20 Yanvar faciəsi ilə bağlı hazırladığı “İnsanlıq faciəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub