Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan əhalisinin hər 10 nəfərindən biri turizm sektorunda çalışır

08 yanvar 2018 | 16:00

 Son illərdə beynəlxalq turizm mərkəzi kimi yerli və xarici turistlər arasında böyük şöhrət qazanan Naftalanda yaşayan əhalinin hər 10 nəfərindən biri bu şəhərdə fəaliyyət göstərən istirahət-əyləncə, müalicə və turizm mərkəzlərində çalışır.
     Hazırda iqtisadiyyatının əsasını turizm xidmətlərinin təşkil etdiyi Naftalan şəhərində fəaliyyət göstərən “Naftalan Hotel Qashaltı”da 200, “Garabag hotel”də 200, “Chinar Hotel and Spa Naftalan”da 182, “Sehrli Naftalan”da 80, “Sanatoriya Kurort Birliyi”ndə 51, “Kəpəz Sanatoriyası”nda 38, “Müalicə və sağlamlıq Mərkəzi”ndə 35, “Möcüzəli Naftalan”da 34, “Şəfa vannaları”nda 19, “Gözəl Naftalan”da isə 13 nəfər olmaqla, ümumilikdə 852 nəfər bu sektorda çalışır.
     Hazırda təmir-tikinti və yenidənqurma işləri davam etdirilən avtovağzal-otel kompleksi və “Naftalan Inn otel and SPA” mərkəzi istifadəyə verildikdən sonra bu şəhərdə fəaliyyət göstərən müalicə və istirahət mərkəzlərində daimi işlə təmin olunan vətəndaşların sayı 1000 nəfərə çatacaq.

Keçidlər