Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqların Beynalxalq Müdafiəsi günü”qeyd edildi

31 may 2013 | 15:00

30 May 2013 -cü il tarixidə S.Vurğun adına  2 nömrəli tam orta  məktəbdə “1 iyun-Uşaqların Beynalxalq Müdafiəsi günü” münasibətilə şəhərin hər üç tam orta məktəb şagirdlərinin iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirildi.
     Bayram tədbirində şəhər İcra Hakimiyyti aparatının, Təhsil şöbəsinin, eləcə də şəhər ictimayətinin nümayəndələri çıxış edərək “Uşaqların Beynalxalq Müdafiəsi günü“ münasibəti ilə uşaqları təbrik ediblər.
     Uşaqları Uşaqların Beynalxalq Müdafiəsi günü münasibətilə ilə təbrik edən S.Vurğun adına  2 nömrəli məktəbin direktoru A.Bağırova qeyd etdi ki, dünyanın hər yerində olduğu kimi Respublikamızda da uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun Prezdenti YUNESKO və İSESKO-nun  xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daimi uşaqlara diqqət və qayğı göstərir.
     Uşaqları qorumaq, onlara qayğı göstərmək, müdafiə etmək hər bir vətandaşın borcudur.

Keçidlər