7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür
Şəhər İcra Hakimiyyətinin, “Nafta” müalicə mərkəzinin birgə təşkilatçılığı ilə 7 Aprel – Ümumdünya Sağlamlıq Gününə həsr olunan "Sağlam həyat–Sağlam gələcək" mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, tibb işçiləri, ziyalılar, gənclər iştirak ediblər.
Tədbirdə 7 Aprel – Ümumdünya Sağlamlıq Gününün yaranma tarixi, ölkəmizdə tibbi xidmətin əlçatanlığı və keyfiyyətinin yüksəldilməsi, əhalinin, eləcə də ana və körpə sağlamlığının qorunması naminə dövlətimizin həyata keçirdiyi tədbirlər barədə söhbət açılıb.
Ölkəmizin beynəlxalq tibbi turizm sahəsində də uğurlarının diqqətçəkici olduğu vurğulanıb. Xüsusilə, Beynəlxalq Turizm Mərkəzi Naftalanda tibbi turizmin inkişafı, unikal naftalan neftinin müalicəvi xüsusiyyətləri və insan sağlamlığına verdiyi töhfələr barədə geniş məlumat verilirb.
Tədbirdə əhali arasında sağlam həyat tərzinin təşviqi məqsədilə maarifləndirici bukletlər paylanılıb, müzakirələr aparılıb. Bu cür tədbirlər cəmiyyətin sağlamlığını qorumaq, maarifləndirmək və gələcək nəsillər üçün daha sağlam həyat şəraiti yaratmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.