Şriftin ölçüsü :

Saytın rəngi :

7 Aprel - Ümumdünya Sağlamlıq Günüdür

07 aprel 2023 | 15:58

Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naftalan şəhər Mərkəzi Xəstəxanasında  7 Aprel – Ümumdünya  Sağlamlıq Gününə həsr olunan “Sağlam gələcək naminə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin müavini Kəmalə Hüseynova və məsul əməkdaşları, şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Samir Allahverdiyev, Hotel və Müalicə Mərkəzlərinin baş həkimləri, tibb işçiləri iştirak ediblər.

Mövzu ətrafında çıxış edənlər uzun və sağlam ömür yaşamağa nail olmaq  üçün düzgün qidalanma, idmanla məşğul olma, düzgün həyat tərzinə əməl olunması və istənilən xəstəliklə mübarizədə erkən diaqnoz qoyulmasının zəruri olduğundan bəhs ediblər. Dövlətimiz tərəfindən bütün sahələrlə yanaşı, səhiyyə sisteminin təkmilləşdirilməsi, əhalinin sağlamlığının təmin olunması istiqamətində atılan addımlardan geniş söhbət açılıb, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Beynəlxalq Turizm Mərkəzinə çevrilən Naftalan şəhərinin sakinləri adından dövlət başçısına minnətdarlıq ifadə edilib.

  

Keçidlər