Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Naftalanda 226 nəfər müvəqqəti işlə təmin ediləcək

05 yanvar 2018 | 16:00

Bu il Naftalanda dövlət idarə və müəssisələrində, eləcə də qeyri-dövlət qulluğu sahəsində 226 nəfər müvəqqəti iş yeri ilə təmin ediləcək.
    Bu il Naftalan şəhəri üzrə 34-ü SOCAR-da, 15-i Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində, 8-i “Azərsu” ASC-də, 3-ü “Azərişıq” ASC-də, 1-i isə “Azəristiliktəchizat” ASC-də olmaqla, ümumilikdə, 61 müvəqqəti iş yeri açılacaq. Həmçinin Naftalan sakinlərindən 150 nəfəri şəhərdə aparılan abadlıq və təmizlik işlərinə, 15 nəfəri isə çoxmərtəbəli binaların təmiri üçün qeyri-daimi işlərə cəlb ediləcək

Keçidlər