Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə cüdo idman növü üzrə açıq şəhər birinciliyi keçirilib

31 dekabr 2017 | 16:00

   29-30 dekabr 2017-ci il tarixlərdə Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 31 dekabr – “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”ə və “Yeni il” bayramına həsr edilmiş cüdo idman növü üzrə 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında açıq şəhər birinciliyi keçirilib. Şəhərimizdə cüdo idman növünə marağın artırılması, istedadlı idmançıların aşkar edilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən yarışda Naftalan, Mingəçevir, Gəncə, Xocalı şəhərləri, Goranboy, Yexlax, Ağdam, Bərdə, Laçın rayonlarından müxtəlif çəki dərəcələrində 170-ə yaxın idmançı iştirak edib. Qarşılıqlı hörmət və anlaşma şəraitində keçən yarışda qaliblər Naftalan şəhər Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif edildilər.

Keçidlər